Nümayəndə heyətimiz Dağıstan Dövlət Tibb Universitetinin 85 illik yubiley tədbirlərində iştirak etmişdir

25.10.2017

Rusiya tibb təhsili sistemində xüsusi yeri olan Dağıstan Dövlət Tibb Universitetinin yaranmasının 85 ili tamam olur. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə həmin Universitet arasında uzun illərdir dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.Təsadüfi deyildir ki, Universitetin yubiley tədbirlərinə institutumuzun nümayəndə heyəti də dəvət olunmuşdur. Nümayəndə heyətinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru t.e.d. Şahin Əliyev rəhbərlik edirdi. Yubiley tədbirləri Dağıstanın paytaxtı Mahaçqala şəhərinin Dostluq Sarayında keçirilən təntənəli yığıncaqla başa çatmışdır.Həmin yığıncaqda bir çox rəsmi qonaqlar sırasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu adından prorektor Şahin Əliyev çıxış edərək Universitetin kollektivini təbrik etmiş,onlara müvəffəqiyyətlər arzulamış və Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımovun imzaladığı təbrik məktubunu təqdim etmişdir. Təqdimatın sonunda Dağıstan incəsənət ustalarının azərbaycan dilində məharətlə ifa etdiyi “Sarı gəlin” mahnısı Azərbaycan və Dağıstan xalqlarının dostluq rəmzi kimi səslənmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.



FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR





ELEKTRON KITABLAR




Copyright © 2017, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX