Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun beynəlxalq əlaqələri genişlənməkdədir

29.09.2017

Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor Mixail Aleksandroviç Gerasimenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qonaq oldular. Görüş zamanı Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov bildirdi ki,artıq 3 ildir ki,müəssisələrimiz arasında əməkdaşlıq əlaqələri davam edir və bu əlaqələr genişlənmək üzrədir.Beləki, institutumuzun onlarla rezidenti Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasına rotasiya olunaraq təhsil almış və almaqda davam edirlər.İnstitutlarımız arasında diplomdansonrakı təhsil məsələləri üzrə dəyirmi masa formatında telekörpülər keçirilmiş, müştərək elmi araşdırmalar planlaşdırılmışdır. Bu işlərimiz get-gedə genişlənəcəkdir.
Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor M.A.Gerasimenko Azərbaycan ilə Belarus arasında olan dostluqdan, təhsil və tibb sahələrində irəliləyişlərdən danışdı. Qonaq ölkəsində tibb təhsili sahəsində əldə olunan uğur və nailiyyətlərdən bəhs edərək bildirdi ki, diplomdan sonrakı təhsillə əlaqədar azərbaycanlı həmkarları ilə perspektivi olan işlər planlaşdırılır. Yaranmış əlaqələri inkişaf etdirmək lazımdır.
Müzakirələr zamanı Belarus və Azərbaycanın tibb təhsili verən ali məktəbləri arasında hər sahədə əməkdaşlığa dair məsələlər haqqında fikir mübadiləsi aparıldı.
Sonra rektorlar Ə.Əliyev adına ADHTİ-nin bir neçə kafedrasında Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradilmış müasir simulyasion mərkəzlərin işləri ilə taniş oldular. Bildirildi ki, bu avadanlıqlar ixtisasartirma keçən həkimlərin müasir diaqnostika və müalicə metodlarına yiyələnməlırinda əvəzsiz xidmət göstərir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX