İnstitutda İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin istifadəsinə dair təlimlər keçirilmişdir

29.09.2017

    2014-cü ildən başlayaraq UNİCEF-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası və Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzinin iştirakı ilə İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin(İDİR) tətbiqinə dair tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində pediatriya kafedrasının əməkdaşları İDİR-lə əlaqədar bir neçə beynəlxalq konfrans, təlim və seminarlarda iştirak etmişlər.Təlimin davamı kimi Azərbaycanda uşaqlara yardım edən pediatr, uşaq nevroloqları və ailə həkimlərinin İDİR-dən istifadə etməsini asanlaşdırmaq məqsədilə 2017-2018-ci tədris ili üçün ixtisasartırma proqramlarında İDİR-in istifadəsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
    Həmin təlimlərdən biri 2017-ci il sentyabr ayının 26-ı və 27-i Ankara Universitetinin Tibb fakültəsinin əməkdaşları Dr.Hakan Balta və Dr.Revan Mustafayevın rəhbərliyi altında keçirilmişdir.Təlim zamanı İDİR üzrə təlimatlandırılmış institutun əməkdaşlarının təlim vermək bacarıqları qiymətləndirilmişdir. Təlimdə pediatriya kafedrasında ixtisasartırma kursları keçən Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş 55 nəfər pediatr iştirak etmişdir. Təlimcilər Ə.Əliyev adına pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, nevrologiya kafedrasının assistenti Mehriban Məmmədova və ailə təbabəti kafedrasının əməkdaşı Səidə Əliyeva idi. Təlim Respublika Klinik Uşaq xəstəxanası və Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzində təşkil olunmuşdu.
    2 gün ərzində keçirilən təlimdə erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar təqdim edilmiş, inkişaf pediatriyasının prinsiplərinə və fənnlərarası yanaşmalara xüsusi yer ayrılmışdır.Eyni zamanda pediatrlara İDİR-in istifadəsi nəzəriyyəsi əsaslanmış şəkildə təqdim olunmuşdur.Təlim iştirakçılarına klinik təcrübədə İDİR-in istifadəsi üçün şərait yaradılmışdır.Təlimin sonunda keçirilən müzakirələr zamanı həkimlər İDİR-in uşaqlarda inkişaf çətinliklərini erkən aşkarlamaq üçün rahat bir vasitə olduğunu vurğulayaraq onu öz işlərində istifadə edəcəklərini söyləmişlər. Nəzərə çatdırılmışdır ki,bu kimi təlimlərin regionlarda təşkili planlaşdırılır.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX