Həkimlər uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi və imkanların genişləndirilməsində yeni biliklər əldə edəcəklər

30.06.2017

    Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının 1.2.4.-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb işçiləri üçün təlim və seminarlar təşkil edir. Belə bir təlim 22-23 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İçtimai Səhiyyə və İslahatlar Mərkəzi, Gürcüstan İçtimai Səhiyyə Fondu, OAK Foundation və “Ümidli Gələcək” Gənclər İçtimai Birliyi təşkilatları tərəfindən həkim və digər mütəxəssislər üçün “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi və imkanların genişləndirilməsi” mövzusunda təşkil olunmuşdu. Təlimdə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi, o cümlədən orta məktəblərin və uşaq poliklinikalarının əməkdaşları iştirak edirdilər. Nümayəndələr arasında Gürcüstanın İctimai Səhiyyə Fondunun direktoru Lia Saralidze və fondun uşaq psixoloqu Keti Tavartikiladze də var idi.
    Təlimdə uşaqlara qarşı zorakılığın aşkarlanması, ailələrin aidiyyəti üzrə qurumlara istiqamətləndirilməsində həkim-pediatrların xüsusi rolu vurğulanmışdır. Bununla yanaşı təlim iştirakçılarına digər ölkələrin bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verilmiş, bu işi multisektoral əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin daha müsbət nəticələr verəcəyi xüsusi vurğulanmışdır. Bunun üçün həkimlərin, xüsusilə pediatrların və digər mütəxəssislərin bu haqda bilik və bacarıqlarının təkmilləşdirilməsi vacibdir. Təlimdə toxunulan məsələlərin həkimlərin ixtisasartırma kurslarının tədris proqramlarına salınması haqqında müzakirələr də aparılmışdır. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova təmsil etmişdir.
    Təlimdə mövzu ilə bağlı səmərəli müzakirələr aparıldı, məişət zorakılığına qarşı İSİM tərəfindən hazırlanan metodik vəsaitlər paylanıldı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.



FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR





ELEKTRON KITABLAR




Copyright © 2017, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX