Ümumdünya Autizm Gününə həsr edilmiş seminar keçirilmişdir

03.04.2017

    Hər ilin 2 aprel günü Ümumdünya Autizm Günü kimi qeyd edilir. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bir neçə ildir ki, tanınmış “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün dünyanın müxtəlif ölkələrində məşhur binalar autizmi simvolizə edən mavi rənglə işıqlandırılaraq 2 aprel tarixinin Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. 2010-cu ildə ABŞ-da ilk dəfə həyata keçirilən “Mavi işıqla işıqlandır” layihəsi hazırda 6 qitə, 136 ölkə və 600 şəhəri əhatə edir.Azərbaycan bu layihəyə Heydər Əliyev Fondu və BMT-in Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə 2012-ci ildə Ümumdünya Autizm Günündə qoşulubdur. Aprel ayının 2-də Bakıda “Alov qüllələri”, Qız Qalası, Bakı Kristal Zalı və digər binalar mavi rənglə işıqlandırılır.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında ixtisasartırma kursuna cəlb olunan həkim pediatrlar üçün 2 Aprel Ümumdünya Autizm Gününə həsr edilən seminar keçirilmişdir.Seminarda uşaqlarda autistik spektrli pozuntuların erkən aşkarlanması üçün diaqnostik meyarlar, erkən müdaxilə istiqamətləri, autizm sahəsində beynəlxalq təcrübələr və maarifləndirilmə tədbirləri barədə geniş məlumatlar kafedranın dosenti Mətanət Qaraxanova tərəfindən çatdırılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX