Əməkdaşlarımız “Nevrologiyada fikir ayrılıqları” 11-ci Dünya konqresində iştirak etmişlər

28.03.2017

    23-26 mart 2017-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində “Nevrologiyada fikir ayrılıqları” 11-ci Dünya konqresi keçirilmişdir. Bundan əvvəlki konqreslər Lissabon, Budapeşt, Berlin, İstanbul və digər şəhərlərdə təşkil edilmişdir. Konfransda 70-ə yaxın ölkədən 1000-ə qədər iştirakçı iştirak etmişdir.
    Konqresdə həmişə olduğu kimi nevrologiyanın aktual problemləri - demielinizasiyaedici xəstəliklər, serebrovaskulyar xəstəliklər, epilepsiya, autoimmun xəstəliklər, baş ağrısı, demensiya və s. patogenezi, müalicəsi və profilaktikası məsələləri müzakirə edilmiş və bir sıra müəmmalı məqamların diskussiyası aparılmışdır.
    Konqresdə Ə.Əliyev adına ADHTİ-nin terapiya və sinir xəstəlikləri kafedralarının birgə tədqiqatı olan “2-ci tip şəkərli diabetli xəstələrdə serebrovaskulyar xəstəliklərin yaş və cinsə görə xarakteristikası” adlı poster prezentasiyası yer almışdır. Konqresin “Dağınıq skleroz” sessiyasına sinir xəstəlikləri kafedrasının müdiri ə.e.x., professor R.K.Şirəliyeva sədrlik etmişdir. Sessiyada dağınıq sklerozun gedişini dəyişən preparatların təsiri müzakirə edilmişdir.
    “İnsult” sessiyasına sinir xəstəlikləri kafedrasının assitenti t.ü.f.d. R.R.Əliyev sədrlik etmişdir. Bu sessiyada səbəbi bilinməyən embolik insult zamanı qulaqcıq fibrilyasiyasının aşkarlanması, profilaktikanın aparılmasına ehtiyacın olması müzakirə edilmişdir.
    Konfransda ABŞ, Kanada, Almaniya, İzrail, Türkiyə, Danimarka, Macarıstan, Yunanıstan, Serbiya, Çexiya, və s ölkələrin beynəlxalq səviyyəli mütəxəssislərinin məruzələri dinlənilmiş, onların plenar mühazirələri təqdim edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX