Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan nevroloqlarının VI konfransı keçirildi

17.03.2017

    16 mart 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan nevroloqlarının VI konfransının açılışı baş tutdu. Konfransı giriş sözü ilə institutun rektoru professor N.A.Qasımov açdı və Azərbaycanda nevrologiyanın inkişafında institutun sinir xəstəlikləri kafedrasının rolu haqqında danışdı.
    Sonra Azərbaycan nevroloqlarının VI konfransının sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri, Nevroloqların milli assosiasiyasının prezidenti, ə.e.x., professor R.K.Şirəliyeva 2007-ci il dekabrında Azərbaycan nevroloqlarının I konfransının da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirildiyini nəzərə çatdırdı. O zamandan indiyə qədər Azərbaycan nevroloqlarının konfransı mütəmadi olaraq keçirilir və onlardan bəziləri beynəlxalq mütəxəssislərin iştirakı ilə təşkil edilmişdir. Bəzi illərdə institutda sinir xəstəlikləri kafedrasının Nevroloqların milli assosiasiyası ilə birgə nevrologiyanın aktual problemləri olan dağınıq skleroz, baş ağrıları, insult və s. kimi müxtəlif mövzülar üzrə seminarlar, master klasslar, yay məktəblərinin də keçirdikləri xüsusi vurğulandı.
    Konfransın ilk gününün birinci hissəsində professor Şirəliyeva R.K. dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər barədə məruzə etdi.
    Konfransın digər mühazirəçisi, ATU-nun nevrologiya və tibbi genetika kafedrasının müdiri, ə.e.x., professor Mahalov Ş.İ. irsi xəstəliklərdən olan Hanqtinqton xoreyası barədə çıxışını iştirakçıların nəzərinə çatdırdı.
    Konfransın proqramı daxilində Elmi Tədqiqat Tibbi Bərpa institutunun direktoru, ə.e.x., professor Ə.V.Musayev işemik insultun müalicə və reabilitasiyasinda son elmi nailiyyətlər haqqında məlumat verdi. Respublika Müalicə Diaqnostika Mərkəzinin radiologiya şöbəsinin müdiri, professor Əhməd Məmiş “Epilepsiyanin neyrovizualizasiyasinda yeni yanaşmalar” adlı çıxışında iştirakçılara bu xəstəliyin diaqnostikasında müasir nailiyyətlər barədə məlumat verdi.
    Kofransın birinci hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun sinir xəstəlikləri kafedrasının dosenti, t.e.d. R.L.Həsənovun ”Nevroloji praktikada yuxu pozulmalarinin diaqnostikasina yanaşmalar” adlı məruzəsi ilə yekunlaşdı.
    Nahar fasiləsindən sonra konfransın proqramı daxilində nevroloji viktorina keçirildi. Viktorinanı qaliblərinə professor R.K.Şirəliyevanın 3 cilddən ibarət “Nevrologiya” kitabı hədiyyə edildi.
    Konfransın ikinci hissəsi armudabənzər əzələ sindromunun klinik-nevroloji təzahürü və müasir müalicə üsullari; neonatal qicolma tutmalari; endoskopik hipofiz cərrahiyyəsi; dağiniq skleroz zamani xəstəliyin gedişini dəyişən preparatlarin istifadəsinin ilkin nəticələri (dövlət proqrami materiallari əsasinda) və s. mövzularına həsr edilmiş maraqlı çıxışlar ilə yadda qaldı. Konfrans öz işini 17 mart 2017-ci il tarixində də davam etdirəcək.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX