Azərbaycanlı həkimlər Maltada Avropa Parodontologiya Federasiyasının konfransında iştirak etmişlər

10.03.2017

    3-4 Mart 2017-ci ildə Maltada Avropa Parodontologiya Federasiyasının və Türk Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Peri-implantitlər:etiologiyadan müalicəyə” mövzusunda klinisist mütəxəssislər üçün 2-ci Perio Master Clinic konfransı keçirilmişdir. Bu tədbirdə ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d. Cavid Əhmədbəylinin rəhbərliyi ilə implantologiya sahəsində Azərbaycanlı həkimlər təmsil etmişlər. Konfrasın gedişində Ispaniya, İsveçrə, Italiya, Türkiyə, Israil və Ukraynadan olan həmkarlar və Avropa Parodontologiya Federasiyasının rəhbərləri ilə bir çox görüşlər keçirilmiş, həmçinin Azərbaycan Parodontologıya Cəmiyyətinin bu təşkilat ilə mövcud əlaqələrinin inkişafı və perspektiv planları müzakirə edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX