Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.02.2017

    24 fevral 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

    1. İnstitutun rezidentura şöbəsinin fəaliyyətinin optimallaşdırılması yolları.
       Məruzəçi: rezidentura şöbəsinin müdiri, t.ü.f.d. R.R.Əliyev

    2. İnstitutun professor-müəllim heyəti tərəfindən dərc olunmuş məqalələr və tədris-metodik sənədlərin nəşrinə dair.
       Məruzəçi: eimi katib, dosent L.B.Bəxtiyarova

    3. Tədris və tədris-metodik sənədlərin müzakirəsi və təsdiq olunması.

    4. Terapiya kafedrasının müdiri əvəzi, t.e.d. İ.İ.Mustafayeva professor elmi adının verilməsi.

    5. M ü x t ə l i f m ə s ə l ə l ə r.

    İnstitutun rektoru t.e.d. N.Qasımov iclası öz çıxışı ilə açaraq toplantı iştirakçılarını 26 fevral 1992-cil tarixində baş vermiş qanlı faciə nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Sədr öz çıxışında faciənin dəhşətli anlarını xatırlayaraq, bu hadisədən 25 il keçməsinə baxmayaraq Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatmadıqlarını qeyd etdi və dünya ictimaiyyətinin bu hadisə ilə əlaqədar məlumatlandırılması istiqamətində dövlətimiz tərəfindən görülən işləri vurğuladı. Çıxışının sonunda professor N.A.Qasımov bu hadisəyə müxtəlif beynəlxalq qurumlar və xarici dövlətlər tərəfindən göstərilən münasibət haqqında danışdı.
    I məsələ üzrə rezidentura şöbəsinin müdiri, t.ü.f.d. Rahim Əliyev çıxış edib bildirdi ki, hal-hazırda institutda Respublikada rezidentura təhsili aparılan 40 ixtisas növündən 31-i üzrə cərrahiyyə fakültəsində 98, terapiya fakültəsində 70, müalicə-profilaktika fakültəsində 16 rezidentə təhsil verilir. Rezident hazırlayan kafedraların sayı 24-dür. Rezidentura şöbəsinin fəaliyyətinin optimallaşdırılmasının əsas yolları ixtisaslar üzrə rezidentura təhsil proqramlarının vaxtaşırı yenilənməsi, rezidentlərin üzərinə düşən akademik yükün artırılması, elektron kitabxanadan istifadə, simulyasion təbabətin imkanlarından istifadə, rezidentlərin yekun və dövrü imtahanlarının suallarının tərtibi, rezidentlərin davamiyyəti və növbələrin təşkilinə nəzarətdir. Artıq ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, mamalıq-ginekologiya, anesteziologiya-reanimatologiya, terapiya, pediatriya, kardiologiya, psixiatriya, fizioterapiya, sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə proqramlar yenilənmişdir və növbədə o biri ixtisaslar durur. Rezidentlərin üzərinə düşən akademik yükün artırılması orijinal məqalələrin yazılması, ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi, elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir. Bunun üçün elektron kitabxananın imkanlarından istifadə edilir. Tədris zamanı institutda mövcud olan mülyajlardan və simulyatorlardan istifadə olunması tədrisin keyfiyyətini dəfələrlə artırır.
    İnstitutun rektoru professor N.A.Qasımov qeyd etdi ki, rezidentura təhsilinin keyfiyyətinin atrırılmasında rezidentlərin dərsə və növbələrə davamiyyəti,onların biliklərinin mütamadi yoxlanması ilə yanaşı həmin bilikləri mənimsənilməsi üçün şəraitin yaradılması da önəmlidir.
    II məsələ üzrə eimi katib, dosent L.B.Bəxtiyarova çıxış edib bildirdi ki, 2016-cı ildə 420 elmi iş dərc edilmişdir. Onlardan 4-ü monoqrafiya, 6-sı dərslik, 6-sı dərs vəsaiti, 5-i metodik tövsiyədir. 2015-ci illə müqayisədə elmi əsərlərin sayı 400-dən 420-yə qədər, eyni zamanda dərs və dərs vəsaitlərinin sayı 2 dəfə artmışdır. 399 jurnal məqaləsindən 118-i xarici mənbələrdə dərc edilmişdir. Elmi katib dərc olunmuş elmi işlərin analizini apardıqdan sonra hal-hazırda tədris-metodik sənədlərin nəşrinə qoyulan yeni tələblər haqqında məlumat verdı, elmi əsərlərə qrifin verilməsi qaydalarını nəzərə çatdırdı. Sonra dosent L.B.Bəxtiyarova bildirdi ki, institutun elektron kitabxanasına bütün əməkdaşların elmi əsərləri təqdim olunmalıdır və hər il onlar yenilənməlidir. Bu işə nəzarəti kafedra müdirləri həyata keçirməlidirlər.
    Elmi şuranın gündəliyinin digər məsələlərinin müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX