Ə.Əliyev adına ADHTİ-də distant təhsil proqramı fəaliyyətdədir

09.02.2016

    Distant təhsil dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur.Artıq bu proqram institutumuzda bir neçə kafedrada müvəffəqiyyətlə pilot layihə çərçivəsində tətbiq edilmişdir.Hal-hazırda institutun bütün kafedralarının bu layihəyəyə qoşulması prosesi başlanmışdır. Həmin proqrama daxil olmaq alqoritmi aşagidakı kimidir:

Şəkil 1. Ana səhifə

Sistemdə qeydiyyat

    Əgər sistemdə qeydiyyatınız yoxdursa, onda qeydiyyatdan keçmək lazımdır.Bunun üçün «Qeydiyyat» düyməsini basmaqla yeni istifadəçinin qeydiyyatı səhifəsi açılır (şəkil 2).

Şəkil 2. Qeydiyyat səhifəsi

    Qeyd olunan xanaları müvafiq məlumatlarla doldurduqdan sonra «Qeydiyyatdan keç»düyməsinə basmaq lazımdır. Bundan sonra sistem elektron ünvanınıza qeydiyyatın təsdiqi üçün müvafiq link göstərilməklə bu məzmunda məktub göndərəcək:

    Salam useruser1 (seçdiyiniz istifadəçi adı)
    Ə.Əliyev ad. AzDHTİ-nin distant təhsil saytından qeydiyyatdan keçdiyinizə görə təşəkkür edirik. Qeydiyyatınızı başa çatdırmaq üçün aşağıdakı linki tıklayın.
    htttp://d-lab.az/hti/az/user/confirm?confirm=7scUZon1jTVIVeAjY4Yg7t7nRbqXQL6u
    Əgər link işləmirsə, linkin mətninin sürətini cıxartmaq və brauzerə daxil etmək lazımdır.


    Linkı tıkladıqdan sonra brauzerdə belə bir pəncərə açılır (şəkil 3). Bu o deməkdir ki, siz qeydiyyatı müvəffəqiyyətlə təsdiq etdiniz və sistemə daxil ola bilərsiniz.

Şəkil 3. Qeydiyyatın təsdiqi səhifəsi

    Sistemə daxil olmaq üçün «Daxil ol» düyməsini basmaq lazımdır ki, bundan sonra sistemə giriş pəncərəsi açılır (şəkil 4).
Şəkil 4. Sistemə giriş səhifəsi

    Qeydiyyat zamanı seçdiyiniz istifadəçi adınızı və parolunuzu daxil etdikdən sonra sistem sizi avtorizə edir.bundan sonra siz özünüz haqqında əlavə məlumatı müvafiq xanalara daxil etməlisiniz.Əgər bu məlumatları sonadək daxil etməsəniz sınaqdan keçə bilməyəcəksiniz. Sınaqdan keçməyə cəhd etdikdə sistem sizi əvvəlki səhifəyə qaytaracaq və müvafiq xəbərdarlığı edəcək (şəkil 5).Öz səhifənizə keçmək üçün «Salam useruser2 (Salam istifadəçi)» düyməsini basmaq lazımdır.
Şəkil 5. İstifadəçi haqqında əlavə məlumat səhifəsi

Şəkil 6. Tam doldurulmuş məlumat

    Bütün məlumatları daxil etdikdən və yaddaşda saxladıqdan sonra sınağa keçə bilərsiniz.Bunun üçün «Sınaq» düyməsini basmaq lazımdır. Bundan sonra siz ixtisasınız üzrə mövzuların siyahısı qeyd olunmuş səhifəyə keçəcəksiniz (şəkil 7). Hər mövzunun materialları orta hesabla 5 səhifədən ibarət olmaqla 3 yarımmövzuya bölünür və bu materiallarla tanış olduqdan sonra testlərdən keçə bilərsiniz.
   
Şəkil 7. Mövzunun seçilməsi səhifəsi

    Siyahıdan seçdiyiniz mövzunun adına tıklamaqla siz yarımmövzular siyahısına düşürsünüz (şəkil 8).Yarımmövzuları ardıcıllıqla keçmək lazımdır.Yarımmöxzunu öyrənmək üçün yarımmövzunun adının yanındakı «Keçmək» düyməsini basmaq lazımdır.
Şəkil 8. Yarımmövzunu seçmək səhifəsi

    Bundan sonra siz 5 səhifəyə bölünmüş materiallara keçirsiniz (şəkil 9). Materiallarla tanış olduqdan sonra siz testləmədən keşə bilərsiniz. Bunun üçün «Testi keçmək» düyməsinə basmaq lazımdır.

Şəkil 9. Materialların öyrənillməsi səhifəsi

Sistem sizdən testləri keçməyə hazır olduğunuzu soruşacaq (şəkil. 10).

Şəkil 10. Testlərı keçmək hazırlığının təsdiqi pəncərəsi

    Hər bir yarımmövzuda cəmi 5 sual və hər bir sualın 5 cavabı qeyd olunmuşdur. Düzgün cavabı seçmək üçün sizə 10 dəqiqə vaxt verilir. (şəkil 11).
Şəkil 11. Testlərdən keçmə səhifəsi

    Testlərdən keçməyi tamalamaq üçün səhifənin sonundakı «Test tamamlamaq» düyməsinə baxmaq lazımdır. Sistem sizdən testi həqiqətən bitirmək istəyiz haqda soruşacaq.sonuncu yarımmövzunu keçdikdən sonra testin nəticələrindən asılı olaraq testlərdən müvəffəqiyyətlə keçdiyiniz üçün təbriklər və ya teslərdən keçmədiyiniz haqda məlumatı görəcəksiniz (şəkil 12).

Şəkil 12. Seçilmiş mövzu üzrə keçdiyiniz testlərin nəticələri barədə məlumat

Аrxiv

    Testlərdən keçməyiniz haqqında əvvəlki nəticələrinizə baxmaq üçün «Аrxiv» bölməsinə daxil ola bilərsiniz (şəkil 13).


Sual-cavab

    Burada sistem haqqında ən çox verilən suallar və onların cavabları ilə tanış ola biilərsiniz.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX