Ə.Əliyev adına ADHTİ-də ”Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq təhsil günləri keçirilir

11.01.2017

    Xəbər verildiyi kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb elminin son nailiyyətlərini yerli mütəxəssislərə çatdırılması məqsədilə 09.01.2017-10.01.2017-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Birinci Moskva Dövlət Tibb Universiteti əməkdaşlarının iştirakı ilə ”Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq təhsil günləri keçirilir. 09 yanvar 2017-ci ildə tədbirin ilk günü başa çatmışdır. Beynəlxalq təhsil günləri iştirakçılarını salamlayan institutun rektoru professor N.A.Qasımov cərrahiyyədə yeni texnologiyalar haqda məlumat verdikdən sonra bu sahədə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor A.F.Çernousovun rəhbərliyi ilə Birinci Moskva Dövlət Tibb Universiteti əməkdaşlarının əldə etdiyi nailiyyətlərdən danışdı. Professor N.A.Qasımov həmin kollektivlə Ə.Əliyev adına ADHTİ-nin cərrahi xəstəliklər kafedrası arasında yaranmış sıx əmkdaşlıq əlaqələri haqqında söz açaraq bu əlaqələrin həm elmi, həm də praktik sahədə davam etdiyini vurğuladı.
    Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor A.F.Çernousov da Ə.Əliyev adına ADHTİ-nin cərrahi xəstəliklər kafedrası ilə əməkdaşlıqdan danışaraq gələcək əlaqələrin daha da genişləndirilməsinin hər iki ölkə təbabəti üçün müsbət nəticələr verəcəyinə əmin olduğunu xüsusi qeyd etdi.
    Sonra beynəlxalq təhsil günü Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor A.F.Çernousovun “Reflyuks ezofagitin cərrahi müalicə problemləri”, professor T.V.Xorobrıxın ”Xora xəstəliyinin cərrahi müalicəsinin aktual problemləri” və professor Q.X.Musayevin “Qaraciyərin xoşxassəli xəstəlikləri: azinvaziv müdaxilələr və ya müşahidə? ” mövzularında mühazirələri ilə davam etdirildi.
    Mühazirələrdə institutumuzda təhsil alan müdavimlər və rezidentlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin cərrahları da iştirak etdilər. Mühazirələr diqqətlə dinlənilmiş və geniş müzakirələr aparılmışdır.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX