21.04.2014

2014-cü ilin aprel ayının 21-də saat 10-00-da Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt zalında
"Daxili xəstəliklər klinikasında rasional antimikrob terapiya"
mövzusunda elmi-praktiki konfrans keçirildi


M Ə R U Z Ə L Ə R


1. Антибиотикорезистентность как угроза национальной безопасности
    Р.С. Козлов

2. Антибиотикотерапия при инфекционном обострении ХОБЛ: Кому? Какой? Как долго?
    А.И. Синопальников

3. Рациональная антимикробная терапия при внебольничной пневмонии
    А.И. Синопальников

4. Интраабдоминальные инфекции: современные аспекты терапии
    Р.С. Козлов

5. Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya
    N.A.Hacıyeva


Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmiləşdirmə İnstitutu 2005-ci ldən etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası ilə imzalanmış müqavilə əsasında müxtəlif istiqamətlərdə əməkdaşlıq aparır. Bu illər ərzində müqavilə çərçivəsində institutun çoxsaylı gənc kadrları Moskva şəhərində təkmilləşdirilmə kurslarına göndərilmiş və onların əldə etdikləri bilik və baçarıqlar bu gün kafedralarda tədris prosesində greniş istifadə olunur. Həmçinin RDSTA-nın professor-müəllim heyətinin iştirakı ilə Həkimləri Təkmilləşdirmə institutunda ehtiyac duyulan mövzularda həm səyyar, həm də səyyar-distant təkmilləşmə kursları keçirilmişdir ki, bu kurslarda 600-dən yuxarı yerli həkim kadrlar təhsil almışlar. İki təhsil müəssisəsinin əməkdaşlığı bu gün də davam edir və yeni formalarda həyata keçirilir. Buna ADHTİ-da 21aprel 2014-cü il tarixində keçirilən digər bir elmi tədbiri- "Antimikrob kimyəvi terapiyası" mövzusunda Elmi-Praktik konfransı misal göstərmək olar. Konfransı Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu, Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası və Rusiya Federasiyasının Smolensk şəhər Tibb Akademiyasının Antimikrob Kimyəvi terapiyası İnstitutu birgə keçirirlər. Elmi-Praktik konfransı giriş sözü ilə Ə.Əliyev ad.Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun rektoru t.e.d. N.A.Qasımov açdı. O qeyd etdi ki, mövzu Səhiyyəmiz üçün çox aktualdır. Hazırda infeksion xəstəliklərin əhatə dairəsi daim artır və dəyişir. Müasir dövr üçün yeni infeksiyaların aşkarlanması, mikroorqanizmlərin tətbiq edilən preparatlara qarşı davamlılığı və bu preparatların yan təsirlərinin üzə çıxması, köhnə antibiotiklərin yeniləri ilə əvəz olunması xarakterikdir. Bu baxımdan hazırda mövcud olan müasir antibakterial terapiyanın prinsipləri ilə həkimlərin tanış olması çox önəmlidir. Konfransın işində Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyasının Pulmonologiya kafedrasının müdiri, t.e.d., professor A.İ.Sinopalnikov və Smolensk şəhəri Tibb Akademiyasının Antimikrob Kimyəvi Terapiyası İnstitutunun direktoru və Rusiya Regionlararası Klinik Mikrobiologiya və Kimyəvi terapiyası Assosiasiyasının Prezidenti professor R.S.Kozlov məruzəçi kimi iştirak etdilər. Konfransda müxtəlif məruzələr nəzərdə tutulmuşdu. İlkin olaraq professor R.S.Kozlov "Antibiotokorezistentlik milli təhlükə kimi" mövzusunda çıxış etdi. Sonra prof. A.İ.Sinopalnikovun "Xroniki obstruktiv ağciyər xəstəliklərinin infeksion kəskinləşmələri zamanı antibiotikoterapiya" mövzusunda çıxışı dinlənildi. Digər məruzələr xəstəxadankənar pnevmoniyanın rasional antibiotik terapiyasaına və intraabdominal infeksiyaların müalicəsinin müasir aspektlərinə həsr olunmuşdu. Eyni zamanda konfransı distant formada Şəki və Tovuzda olan müdavimlər dinlədilər. Konfransın işində həmçinin ADHTİ-nin professor-müəllim heyəti, rezidentlər və çoxsaylı həkim-müdavimlər iştirak etdilər. Məruzələr böyük maraqla qarşılandı, mövzular ətrafında çoxsaylı suallar verildi və diskusiyalar aparıldı. Bununla Elmi-Praktik konfrans öz işini yekunlaşdırdı.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX