Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

30.12.2015

    29 dekabr 2015-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

    1. İnstitutun 2015-2016-cı ilin 1-ci yarımilliyində fəaliyyəti haqqında hesabat.
Məruzəçi prorektor T.H.Eyvazov
    2. Seçkilər.
    3. Müxtəlif məsələlər.

    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institut əməkdaşları olan ümumi cərrahiyyə-I kafedrasının assistenti S.Xudiyevaya tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomu və şüa diaqnostikası kafedrasının müdiri F.Nəsirovaya dosent elmi adı diplomu təqdim edərək onları təbrik etdi.
    I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış etdi. O çıxışında cərrahiyyə, terapiya və tibbi-profilaktika fakültələrinə daxil olan hər bir kafedra üzrə müdavimlərin yarimillik ərzində sayi, tərkibi, kurslar və bölgələr üzrə yığılma faizi haqqında məlumat verərək tədris prosesində tətbiq edilən yeniliklər haqqinda danışdı. Bu zaman institutda keşirilmiş əlavə kurslar, aşıq seminarlar, beynəlxalaq tədris sistemi üzrə kurslar haqqinda da məlumatlar iclas iştirakşılarının nəzərinə çatdırıldı. Dosent T.H.Eyvazov çıxışının sonunda 2015/2016-cı tədris (sentyabr-dekabr) ilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planlarının institutda icrası barədə məlumat verdi.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi. Bu zaman o qeyd etdi ki, müdavimlərin kafedralarda kursa qəbulu zamanı bəzi çatişmamazlıqlar vardır. Onları aradan qaldırmaq və iş prosesini sütətləndirmək üşün müdavimlərin qəbul qaydaları təlimat şəklində çap olunmalı və kafedralarda yaddaş kitabçası şəklində saxlanılmalıdır. Bundan başqa bu təlimatı institutun rəsmi saytına da yerləşdirmək lazımdır. Rektor həmçinin yeni tədris proqramlarının işlənib hazırlanmasının və mühazirələrin prezentasiyalarının yenilənməsinin vacibliyini nəzərə çatdıraraq bu işi yaxın müddətdə bitirməyi bir tapşırıq kimi dekanlara və tədris hissəsinə həvalə etdi.
    Rektor bütün kafedra müdirlərinə institutun 80 illik yubiley tədbirlərində aktiv iştirak etdiklərinə görə təşəkkür etdi və xahiş etdi ki, başçılıq etdikləri kafedraların əməkdaşlarına da onun minnətdarlığını çatdırsınlar. Sonda rektor Şura üzvlərini qarşıdan gələn 31dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.
    İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX