“Fetal anomaliyaların erkən ultrasəs diaqnostikası” mövzusunda seminar keçirildi

04.11.2015

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 30-31 oktyabr 2015-ci il tarixlərində “Fetal anomaliyaların erkən ultrasəs diaqnostikası” mövzusunda 2 gün davam edən seminar kecirilmişdir. Seminarda 100 şüa-diaqnostika həklimi və mama-ginekoloq iştirak etmişdir.
    Seminarı giriş sözü ilə inistitutun elmi işlər üzrə prorektoru dosentMeybəliyev M.T. acaraq seminar iştirakcılarını institut rəhbərliyi adından salamladı və bildirdi ki,inistitutumuzda həkimlərin yeni nəzəri biliklərə və praktik vərdişlərə yiyələnməsi üçün beynəlxalq təhsilə xüsusi önəm verilir. Bunun üçün həm yüksək ixtisaslı xarici mütəxəssislər mühazirə və seminarlar aparmaq üçün instituta dəvət olunur, həm dəinstitut əməkdaşlariöz ixtisaslarını artirmaq üçün xarici ölkələrə ezam olunurlar. Bu proses artıq mütəmadi bir hal almışdır və davam edəcəkdir.
    Seminar Böyük Britaniyanın məşhur universitet xəstəxanalarından biri olan UCLH-in fetal-maternal tibb şöbəsinin erkən anomaliyalar üzrə eksperti,fetal ultrasonoqrafiya mütəxəssisi Fred Uşakov tərəfindən aparılırdı.
    Seminarın birinci günü erkən beyin anomaliyalarının ultrasonoqrafiyasına həsr olundu. Hal-hazırda genetikanın imkanları o səviyyədədir ki, artıq 9 həftəlik bir hamiləlikdə anadan alınan venoz qanda dölə aid genetik materialı ayırıb xüsusi texnologiya ilə bir cox genetik xəstəliklər, rezus faktoru,dölün qan qrupu və xüsusən trisomiya 21 (Daun xəstəliyi) 99 % spesifiklik və 100 % həssaslıqla diaqnoz oluna bilir. 11-14 həftəlik hamilələrdə aparılan fetal ultrasonoqrafiya genetik ultrasonoqrafiya da adlanır və bu periodda ənsə qalınlığı, burun sümüyü, venoz axacaq doppleri, üctaylı qapaq doppleri ilə yanaşı aneuploidiaların skriningi aparılır. NİPT testi və genetikanın digər imkanları artıq aneuploidiları daha erkən diaqnostikasını aparmağı mümkün etdiyi ücün bir cox anomaliyaları erkən üzə çıxartmaq reallaşmışdır.
    Fred Uşakov ilk öncə 11-14 həftəlik hamilələrdə fetal beyin və onurğa beyni görüntüləməsinin metodlarından, ortaya cıxan cətinliklərin həlli yollarından danışdı. Bundan sonra 11-14 həftəlik fetal beyin anatomiyası detallı izah olundu və bu periodda diaqnoz oluna bilən erkən beyin və onurğa beyni anomaliyaları nümayiş olundu.Xüsusən spina bifidanın acıq formasının 11-12-ci həftədə erkən diaqnostikasının mümkün olduğu və bunun ücün erkən beyin anatomiyasının dinamik dəyişməsini nəzərə almaqla seçilən metodlar həkimlərin nəzərinə catdirildi.
    Seminarın ikinci günü erkən fetal exokardioqrafiyaya həsr olundu. Qeyd olundu ki, 11-13 həftəfə anadangəlmə ürək qüsurlarının diaqnostikası hazırki texniki imkanlarla və inkişaf etdirilmiş bir necə ultrasonoqrafik müainə metodları ilə, o cümlədən transvaqinal erkən fetal exokardioqrafiya ilə, mümkün olmuşdur. Rast gəlinən bütün ürək qüsurlarının 85 %-ni əsasən 5 ürək qüsuru təşkil edir və bunların ağir formalarını daha erkən aşkarlamaqla ailələrə düzgün məsləhət vermək önəm daşıyır. Seminarda həkimlərə fetal ürək ultrasonoqrafiyası ücün cihazlardan optimal istifadə yolları, artefaktlar, doppler mövzusunda və hal-hazırda istifadə olunan protokollar barədə geniş məlumat verildi. Eyni zamanda amniotik bağ sindromu və dodaq-damaq yarıqlarının erkən diaqnostikası mövzularıda təqdim olundu.
    F.Uşakov seminar gedişində institutumuzun rektoru professor N.A. Qasımovla görüşdü və onun calışdığl universitet ilə Ə.Əliyev adına ADHTİ arasında əməkdaşlıq imkanları haqqinda geniş müzakirə aparildı.Fred Uşakov seminarın təşkilatcılığından, Ə.Əliyev adına ADHTİ-nin maddi-texniki bazasının imkanlarından, seminara qatılan həkimlərin hazırlıq səviyyəsindən razı qaldığını göstərərək gələcəkdə bu səpgili tədbirlər ücün Azərbaycana yenidən gəlməkdən məmnun olacağını bildirdi.
    Seminarın sonunda iştirak edən bütün həkimlərə beynəlxalq statuslu sertifikat verildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX