ELAN: Rezidentlərin yekun attestasiyası haqqında

17.10.2015

    Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyası Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 oktyabr 2015-ci il tarixli 84 nömrəli əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.
    Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent) həyata keçiriləcəkdir. Yekun attestasiyanın mərhələləri və nəticələrinin qiymətləndirilməsi barədə aşağıda məlumat verilmişdir:
    Ötən tədris ilində yekun attestasiyadan keçmədiklərinə görə təkrari yekun attestasiyadan keçmək hüququ saxlanılan rezidentlər də yekun attestasiyada iştirak etmək üçün qrafikdə göstərilən tarixlərdə müraciət etməlidirlər.
    Yekun attestasiyanın istənilən mərhələsində və sınaq imtahanında iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
    Yekun Attestasiyanın yazılı test hissəsi 23 oktyabr 2015-ci il tarixində saat 11.00-da ATU-nun Virtual Test Mərkəzində (VTM) keçiriləcəkdir. Rezidentlərdən saat 10.30-da Virtual Test Mərkəzində olmaları tələb olunur. Rezidentlərin attestasiyanın test hissəsində texniki səhvə yol verməmələri üçün 19 oktyabr 2015-ci il və 20 oktyabr 2015-ci il tarixlərində saat 14.00-da VTM-də sınaq test imtahanları keçiriləcək. Bütün rezidentlərin sınaqlarda iştirakı vacibdir.
    Rezidentlər imtahana buraxılmaları üçün şəxsiyyət vəsiqələrini təqdim edərək VTM-də istifadəçi şifrəsini əldə etməlidirlər.
    Yekun attestasiyanın test hissəsindən müvəffəqiyyətlə keçən rezidentlər yekun attestasiyanın praktiki hissəsində iştirak etməlidirlər. Yekun attestasiyanın praktiki hissəsi 29 oktyabr 2015-ci il və 30 oktyabr 2015-ci il tarixlərində saat 9.00-da ATU-nun ixtisas üzrə müvafiq kafedralarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 8.45-də ATU-nun ixtisas üzrə müvafiq kafedralarında olmaları tələb olunur. Rezidentlərin yekun attestasiyanın praktiki hissəsində iştirakının qrafiki aşağıda verilmişdir.

Yekun attestasiyanın praktiki hissəsində rezidentlərin iştirakı qrafiki

Tarix

İxtisaslar

29 oktyabr 2015-ci il, saat 9:00

Psixiatriya

İmmunologiya

Narkologiya

Ftiziatriya

Gigiyena

Mikrobiologiya

Laboratoriya işi

Genetika

Epidemiologiya

Anesteziologiya-reanimatologiya

Oftalmologiya

Allerqologiya

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

Şüa terapiyası

Stomatologiya

Sosial gigiyena və səhiyyənin təşkili

30 oktyabr 2015-ci il, saat 9:00

Otorinolarinqologiya

Nevrologiya

Terapiya

Kardiologiya

Qastroenterologiya

Hematologiya

Dermatovenerologiya

Yoluxucu xəstəliklər

Endokrinologiya

Pediatriya

Şüa diaqnostikası



Əlavə suallarınız olduqda ATU rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX