Əməkdaşımız Nyu Orlean şəhərində keçirilən AAOS-2026 toplantısında iştirak etdi

07.03.2026

2-6 mart 2026-cı il tarixində ABŞ-ın Nyu Orlean şəhərində Amerika Ortopedik Cərrahlar Akademiyasının (AAOS) illik toplantısı keçirildi. Bu toplantı travmatologiya və ortopediya ixtisası üzrə dünyada kecirilən ən mötəbər tədbirlərdən biridir. Hər il olduğu kimi bu il də tədbirə bütün dünya ölkələrindən yüzlərlə mütəxəssislər qatıldı.
İxtisasın tanınmış mütəxəssisləri 5 gün ərzində travmatologiya və ortopediyanın bütün aktual məsələlərini müzakirə etdilər. Canlı əməliyyatlardan başqa, geniş spektrdə mövzuları olan interaktiv seanslar və “Workshop”lar da keçirildi. Toplantıda planlaşdırılan proqram üzrə praktiki bacarıqların inkişaf etdirilməsi, praktikada çətin texnologiyalar müzakirə olundu, fikir mübadiləsi aparıldı və ekspertlərdən öyrənmək imkanları əldə edildi. Bu beş gün ərzində nümayəndələr tərəfindən canlı cərrahiyyə əməliyyatlarına, mürəkkəb klinik hadisə təqdimatlarına, didaktik mühazirələrə baxıldı.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının assistenti t.ü.f.d. İnar Seidov da iştirak etdi. O, toplantı cərcivəsində “Süni zəkanın cərrahiyyəyə inteqrasiyası” mövzusunda keçirilən dəyirmi masada ölkəmizdə bu sahədə aparılan işlərin nəticələri haqqında məlumat verdi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu