Əziz Əliyev adına ADHTİ-nin 90 illik yubileyi çərçivəsində bir qrup əməkdaş dövlət təltifləri ilə mükafatlandırılıb
22.01.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyi çərçivəsində bir qrup əməkdaşı dövlət təltifləri ilə mükafatlandırılıb. Prezident Fərmanına əsasən səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə, institutun əməkdaşları “Tərəqqi” medalı ilə təltif olunublar.
Dövlət təltifləri Səhiyyə naziri tərəfindən təqdim edilib. Təqdimetmə mərasimində çıxış edən nazir bildirib ki, bu mükafatlar Prezident İlham Əliyevin səhiyyə sisteminə və onun işçilərinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Nazir qeyd edib ki, 1935-ci ildən fəaliyyət göstərən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu milli səhiyyəsinin formalaşmasında mühüm yer tutur.
Təltif olunan əməkdaşlar göstərilən yüksək etimada və dəyərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar bu mükafatın institut kollektivinin birgə əməyinə yüksək qiymətin olduğunu qeyd edərək, gələcəkdə də Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməyə hazır olduqlarını vurğulayıblar.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.