Ə.Əliyev adına ADHTİ-da Türkiyənin Ufuk Universitetinin qurucusu və professoru Recai Pabuççu ilə görüş keçirilib

19.01.2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Türkiyə Respublikasının Ufuk Universitetinin (Ankara) Yol Qəzalarına Yardım Fondunun prezidenti, eyni zamanda sözügedən universitetin qurucusu və professoru Recai Pabuççu ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini, Ə.Əliyev adına ADHTİ-nin Travmatologiya və Ortopediya kafedrasının müdiri, t.e.d., professor İlqar Qasımov, institutun rektoru professor Nazim Pənahov iştirak ediblər.
Görüş zamanı Azərbaycan-Türkiyə arasında olan geniş əlaqələr çərçivəsində ali tibb təhsili müəssisələri arasında səhiyyədə əməkdaşlıq imkanları, elmi-tədqiqat, kadr hazırlığı istiqamətlərində və rezidentlər üçün təcrübə mübadiləsi, yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərinin təkmilləşdirilməsi, reproduktiv tibb sahəsində aparıla biləcək elmi tədqiqat işlərinin həyata keçirilməsi imkanları məsələləri müzakirə olundu.
Eyni zamanda professor Recai Pabuççu tərəfindən ginekologiya sahəsində müasir elmi yanaşmalar və aktual mövzular diqqətə çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX