Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına

18.12.2025

Hörmətli konqres iştirakçıları!

Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanmışdır.

Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcəkdir.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2025-ci il





Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX