Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi keçirilir

19.12.2025

Heydər Əliyev Mərkəzi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) dekabrın 19–20 də institutun yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konqres keçirilir.
Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.
Konqresin əsas məqsədi tibb elmində yeni elmi praktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik və bacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmi inkişafına töhfə vermək olub.
Heydər Əliyev Mərkəzində baş tutan konqresin rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə Komitəsinin rəhbər şəxsləri, eləcə də yerli və xarici ali tibb təhsili müəssisələrinin rəhbərləri, nüfuzlu alimlər və səhiyyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADHTİ-nin kollektivinə və konqres iştirakçılarına ünvanlandığı müraciəti səhiyyə naziri Teymur Musayev oxuyub.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ADHTİ-nin 90 illik fəaliyyəti Azərbaycanın səhiyyə tarixinin çox mühüm bir hissəsidir. Onun sözlərinə görə, İnstitutda çalışan alimlər, həkimlər, müəllimlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verib.
“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Konqresin sədri, ADHTİ-nin rektoru Nazim Pənahov İnstitutun fəaliyyətinə yüksək qiymət olduğunu qeyd edib. Rektor bu yüksək qiymətə görə İnstitutun kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Öz çıxışaında Nazim Pənahov İnstitutun yaradılması tarixindən və keçdiyi şərəfli yoldan məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın əksər həkimləri, eyni zamanda bir çox xarici ölkələrin həkimləri institutda ixtisaslaşma və ya ixtisasartırma kursları keçərək, öz peşə karyeralarını qurublar. İnstitutun tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə instituta Əziz Əliyevin adı verilib. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz ADHTİ-də çalışdığı illərə təsadüf edir. İnstituta 30 ildən çox bir müddətdə isə akademik Mirməmmməd Cavadzadə rəhbərlik edib. Onun rəhbərliyi altında institut inkişaf edərək, o dövrün tanınmış ali təhsil ocağına çevrilib.
Tədbirdə, həmçinin institutun tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Sonra İstanbul Universitetinin (Türkiyə) rektoru Osman Bülent Zülfikar, Səmərqənd Dövlət Tibb İnstitutunun (Özbəkistan) rektoru Jasur Rizayev, Rusiya Fasiləsiz Peşəkar Tibbi Təhsil Akademiyasının prorektoru Aleksey Çerepov və digərləri çıxış edərək, ADHTİ ilə bağlı xatirələrini bölüşüblər, institut kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıblar.
İki gün davam edən konqres çərçivəsində tibbin müxtəlif sahələrinin aktual problemlərinə həsr olunmuş 2 plenar iclas və 5 elmi panel təşkil edilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Rusiya, Gürcüstan, İran, Danimarka, Almaniya və digər ölkələrdən olan mütəxəssislər elmi məruzələrlə çıxış edərək, tibb elminin son nailiyyətləri və müasir yanaşmalar ətrafında geniş müzakirələr aparıblar.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konqres öz işini dekabrın 20-də yekunlaşdıracaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 10 Davamlı Tibbi Təhsil (DTT) krediti ilə akkreditasiya edilib.

Mənbə: www.sehiyye.gov.az/




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX