Ə.Əliyev adına ADHTİ-nin yubiley tədbirlərində iştirak edən qonaqlar Fəxri xiyabanı, Şəhidlər Xiyabanını və 8 Noyabr Zəfər memorial abidəsini ziyarət etdilər

16.12.2025

2025-ci ilin noyabrın 20-də Azərbaycan səhiyyəsinin tarixində mühüm rol oynamış qocaman tibb müəssisələrindən biri olan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 yaşı tamam olur. Bu dövr ərzində institut şanlı tarixi bir yol keçmişdir.Mövcud olduğu illər ərzində institut təkcə Azərbaycanda deyil, bütün regionda tanınmış ali təhsil ocağı kimi tanınmışdır. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar.
Bu günlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yaranmasının 90-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir.Həmin konfransda iştirak etmək üçün Türkiyə, Almaniya, İngiltərə, Çexiya, Danimarka, Rusiya və Özbəkistandan tanınmış elm və səhiyyə mütəxəssiləri iştirak edirlər.
Bu gün institut rəhbərliyi və yubiley tədbirlərində iştirak edən qonaqlar Fəxri xiyabana getmiş və Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət etmiş, üzərinə əklil və gül qoymuşlar. Əziz Əliyev adına ADHTİ-nin uzun illər rektoru olmuş akademik Mirməmməd Cavadzadənin də məzarı ziyarət edildi. Eyni vaxtda nümayəndə heyəti vətən uğrunda canlarını fəda vermiş səhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarları üzərinə güllər düzüb, “Şəhidlər” abidəsinin önünə əklil və gül qoymuşlar. Vətən müharibəsində qazanılan böyük qələbəni simvolizə edən 8 Noyabr Zəfər memorial abidəsi də ziyarət edidi, abidə önünə əklil və gül qoyuldu.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX