Əməkdaşlarımız Daşkənd şəhərində ÜST tərəfindən təşkil olunmuş işçi müşavirədə çıxış etmişlər

16.12.2025

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) ölkələrində lepra xəstəliyinin ləğvinə dair səylərin gücləndirilməsi üzrə ÜST tərəfindən təşkil olunmuş subregional işçi müşavirə keçirildi.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil olunmuş bumüşavirə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin lepta (cüzam) xəstəliyinin tam ləğvinə dair səylərini gücləndirmək məqsədi daşıyırdı. Görüşün əsasməqsədi əldə olunmuş nəticələri möhkəmləndirmək vəregion ölkələrinə texniki dəstək göstərmək idi. Tədbirçərçivəsində ÜST-nin qlobal və regional strategiyaları, monitorinq və qiymətləndirmə alətləri təqdim olunmuş, həmçinin dayanıqlı epidemioloji nəzarət mexanizmlərimüzakirə edildi.
Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak ediblər.ÜST-nin “Cüzamla Mübarizə üzrə Qlobal Proqramı” qrupunun rəhbəri doktor Vivek Lal tərəfindən dünyada cüzamla bağlı mövcud vəziyyət barədə yenilənmiş məlumatlar və “2021–2030-cu illər üzrə Cüzamla Mübarizəyə dair Qlobal Strategiya” təqdim edildi.Həmçinin, görüşdə iştirak edən bütün ölkələrin nümayəndələrinin öz ölkələrində cüzamla mübarizənin vəziyyətinə dair məruzələri dinlənildi.
Azərbaycan Respublikasını tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatovenerologiya kafedrasının professoru Mir-Riad Cavad-zadə  və həmin kafedranın assistenti Mədinə İsmayılova təmsil etdilər.Azərbaycan nümayəndələrinin təqdimatında ictimai səhiyyənin səviyyəsi, bu sahədəki prioritetlər, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət və təbabətdəki innovativ nailiyyətlər nümayiş etdirildi.Təqdimat müşavirə iştirakçılarının marağına səbəb oldu və onun nəticələri qəbul olunmuş qərarda nəzərə alındı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX