
12-14 dekabr 2025-ci il tarixində Bakıda “Azərbaycan kardiologiyasının inkişafında yeni mərhələ” mövzusunda XIV Milli Kardiologiya Konqresi keçirildi. Konqresdə 455 həkim kardioloq və terapevt iştirak etdi.
Konqresin açılış mərasimində çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev son illərdə Azərbaycan səhiyyəsində ürək-damar xəstəlikləri ilə mübarizə sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildiyini vurğuladılar.
Konqresdə çox maraqlı və kardiologiyada yenilikləri əks etdirən zəngin çıxışlar təqdim edildi. Tədbirdə lipidlərin səviyyəsini endirməklə ürək damar xəstəliklərinin profilaktikası, ürək transplantasiyası və s. aktual məsələlərə həsr olunmuş müzakirələr aparıldı.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının əməkdaşları da konqresin işində iştirak etdilər. Beləki, kafedranın müdiri professor Tofiq Cahangirov, həmin kafedranın professoru Faiq Quliyev və dosenti Kəmalə Zahidova keçirilən sessiyalarda moderator oldular.