Azərbaycan Pediatriya Cəmiyyətinin IV Milli və II Beynəlxalq Konqresi keçirildi

13.12.2025

11-13 dekabr 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə IV Milli və II Beynəlxalq Pediatriya Konqresi keçirildi. Konqresdə 700 nəfər pediatr və neonatoloq iştirak etdi.
Tədbir bu il Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci il dönümünə təsadüf etdiyi üçün konqresin açılışında iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Açılış mərasimində iştirakçılara Heydər Əliyevin uşaqların sağlamlığı və gələcəyi ilə bağlı dərin qayğısını əks etdirən videoçarx təqdim olunub. Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev rəsmi nitq ilə çıxış edərək Cəmiyyətin son 1 il ərzindəki fəaliyyəti haqqında məlumat verdi. O həmçinin bu elmi platformanın artıq ənənəyə çevrildiyini və hər il yüzlərlə yerli və xarici mütəxəssisi bir araya gətirərək pediatriya elminin inkişafına töhfə verdiyini vurğuladı.
Daha sonra açılış tədbirində dövlət və akademik qurumların rəsmiləri, həmçinin beynəlxalq təşkilat nümayəndələri çıxış edərək konqresin əhəmiyyətindən danışdılar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru t.e.d., dosent Məhəmməd Davudov çıxış edərək bildirdi ki, Azərbaycan Pediatriya Cəmiyyəti ölkədə pediatriya elminin və uşaq sağlamlığının inkişafına dəstək verən aparıcı peşəkar təşkilatlardan biridir və ölkə pediatrlarının bilik və bacarıqlarının artırılmasında yaxından iştirak edir. Prorektor konqres iştirakçılarını Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Pənahovun adından salamlayaraq konqresin işinə müvəffəqiyyətlər arzuladı.
İki gün davam edən konqresdə çoxprofilli panel sessiyaları, yerli və xarici mütəxəssislərin elmi məruzələri, pediatriyanın aktual problemlərinə həsr olunmuş müzakirələr keçirildi. Çıxış edənlər Azərbaycan, Türkiyə, İordaniya, Gürcüstan, Meksikadan olan nümayəndələr idi. Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının əməkdaşları konqresin işində fəal iştirak etmişlər.Beləki, kafedranın dosenti Nigar Hacıyeva "Qida allergiyası ilə körpə. Bir uşağın hekayəsi" mövzusunda 30 dəqiqəlik məruzə, həmin kafedranın dosenti Sənubər Vəliyeva ana südü ilə bağlı təqdimatla çıxış etmişlər.Bunlarla yanaşı pediatriya kafedrasının müdiri professor Rəgsanə Məmmədova, dosenti Fəxrəddin Qarayev və assistenti, Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin üzvü Erkin Rəhimov konqresin müxtəlif panellərində modeator olmuşlar.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX