“Pulmonologiyada funksional diaqnostika. Spirometriya” kursu başa çatdı

12.12.2025

Səhiyyə sistemində yaranmış tələbatları nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq kafedraların tədris planlarına artıq təşkil olunmuş Təməl həyat dəstəyi (BLS), Təkmil həyat dəstəyi (ALS) və Təkmil kardiovaskulyar həyat dəstəyi (ACLS) kursları ilə yanaşı Kliniki exokardioqrafiya, Kiçik cərrahi əməliyyatlar, Tibbi tullantıların idarə olunması, Xəstəxana öncəsi travma həyat dəstəyi, Travmalarda təkmil həyat dəstəyi (ATLS), Mamalıqda təkmil həyat dəstəyi (AİSO), Neonatal reanimasiya proqramı (NRP), Təkmil pediatrik həyat dəstəyi (PALS), İnfeksion nəzarət, Mikrobioloji laborator müayinə üçün materiallarla iş, Disstres hallarda psixoloji dəstək, Fövqəladə halların idarə oluunması, Ailə həkiminin işinin təşkili, Laparoskopik cərrahiyyə üsulları, Spirometriya, Elektroensefaloqrafiya, Elektromioqrafiya kimi kurslar daxil edilmişdir.
İnstitutun terapiya kafedrasının bu ilki təqvim planında yer almış “Pulmonologiyada funksional diaqnostika. Spirometriya” mövzusunda növbəti kurs 08.12.2025-12.12.2025-ci il tarixində keçirilmişdir. Kurs zamanı müdavimlərə tənəffüs funksiya testinin istifadə qaydaları və hansı patalogiyalarda daha faydalı olduğu tədris edildi. Bronxial astma, xronik obstruktiv ağciyər xəstəliyi,interstisial ağciyər xəstəlikləri və s. patologiyaların diaqnostikasında, izlənməsində spirometriya testinin əvəzsiz rolu izah olundu.
Kursun praktiki hissəsi Referans Medica Group daxilində pulmonoloq Əsəd Beydullayev tərəfindən tədris olundu və xəstələr üzərində əyani olaraq göstərildi. Sonda müdavimlərin sorğusu aparıldı, keçirilən kursda spirometriyanın mənimsənilməsi barədə rəy verildi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX