Otorinolarinqologiya kafedrasının əməkdaşı Türkiyə Üz Plastik Cərrahiyyəsi Cəmiyyətinın konqresində yeni cərrahi texnikalar təqdim etdi

11.12.2025

İstanbulda keçirilən Türkiyə Üz Plastik Cərrahiyyəsi Cəmiyyətinin 19-cu Milli və 4-cü Beynəlxalq Konqresi (YPCD-2025) dünya üzrə tanınmış plastik və rekonstruktiv cərrahların, otorinolarinqoloqların və üz estetikası üzrə mütəxəssislərin bir araya gəldiyi mühüm elmi platforma oldu. Bu nüfuzlu tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Məzahir Quliyev ölkəmizi uğurla təmsil etdi. Dosent M.Quliyev konqresdə həm məruzəçi kimi, həm də “Burun zirvəsi-16” panelinin moderatoru kimi iştirak etmişdir.Onun “Piezo osteotomi ilə yapısal stabiliteye innovativ yaklaşımımız”, “Revizyon Rinoplastide Rhino-Graft Tekniği”, “Septum Perforasiyonu onarımında yeni bir yöntem” mövzuları ilə etdiyi elmi məruzələrdə əldə olunmuş uğurlu nəticələr göstərilmişdir. Beləki, hər 3 mövzu üzrə təklif olunmuş müasir və yeni cərrahi metodlar, PubMed-indexli jurnalda bu barədə dərc olunmuş məqalələr, patentini aldığı yeni alətlər təqdim olunmuşdur. Təqdimatlar konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş, xüsusilə innovativ texnikaların klinik praktikaya gətirdiyi yeniliklər maraqlı müzakirələrə səbəb olmuşdur.
Dosent M.Quliyevin moderatoru olduğu “Burun Zirvəsi-16” panelində aktual problemlər, yeni texniki yanaşmalar və rinoplastikanın gələcək istiqamətləri müzakirə olunmuşdur.
Əməkdaşımızın bu konqresdə fəal iştirakı Ə.Əliyev adına ADHTİ-nin beynəlxalq elmi platformalarda uğurlu təmsil olunmasının və Azərbaycan həkimlərinin otorinolarinqologiya, o cümlədən rinologiya, sahəsində dünya tibb ictimaiyyətində artan nüfuzunun göstəricisidir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX