5 mart 2025-ci ildə Bakıda “Menopauza problemləri və onların korreksiyası” adlı konfrans keçirilmişdir. Konfransda Bakı şəhəri və Respublikanın müxtəlif regionlarından 150-yə yaxın həkim ginekoloq iştirak etmişdir. Tədbirdə ölkənin aparıcı mütəxəssisləri tərəfindən menopauzanın ən aktual problemləri, onlara müasir yanaşmalar və müalicə-profilaktika metodları haqqında mühazirələr oxunmuş və müzakirələr aparılmışdır.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının əməkdaşları da iştirak etmişlər. Kafedranın müdiri professor Leyla Rzaquliyeva paneldə sədr, dosenti İlahə Quliyeva paneldə moderator olmuş, dosent İlahə Quliyeva “Genitourinar menopauzal sindromun müasir müalicə üsulları” adlı məruzə ilə çıxış etmişdir. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və ətrafında müzakirələr aparılmışdır.