İcbari tibbi sığortayla bağlı səyyari kurslardan birincisi keçirilmişdir

07.11.2016

    Xəbər verildiyi kimi Azərbaycanda bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri gedir. Artıq tələb olunan bütün qanunvericilik aktları qəbul edilmiş və bu işlərin tətbiqini ayri-ayri pilot rayonların tibb müəssisələrindən başlamağa qərar verilmişdir. İlk pilot rayon kimi Yevlax və Mingəçevir seçilmişdir. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri yerli mütəxəssislərə çatdirmaq üçün Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası institutun başqa kafedraları ilə əlaqəli bu rayonlarda 17 oktyabr 2016-cı il tarixindən başlamaqla 3 həftəlik səyyari kurslar keçirməyə başlamışdır. Göstərilən kurslara institutun bütün kafedraları cəlb olunmuşlar. 04 noyabr 2016-cı ildə həmin kurslardan birincisi başa çatmışdır. İnstitutun əməkdaşları proqrama uyğun olaraq Yevlaxda mühazirələr oxumuş və praktiki məşgələlər aparmışlar. Bu zaman müdavimlərin praktik vərdişlərə yiyələnməsinə xüsusi fikir verilmişdir. Proqramı daha yaxşı qavramaq üçün həkimlərə audio-vizual üsullardan başqa xüsusi mulyaj və trenajorlardan istifadə etmək imkanı yaradılmışdır. Kursların axırında imtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə müvafiq sertifikatlar verilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX