Mamalıq-ginekologiya ixtisası üzrə beynəlxalq təhsil

07.06.2016

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə institumuz ilə Rusiya Federasiyası İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyası Peşə Təhsili İnstitutu arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilə imzalanmış və bu əməkdaşlıq durmadan genişlənir. Bu müqaviləyə əsasən adı çəkilən tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər. Aparılan sorğular göstərir ki, beynəlxalq təhsil kifayət qədər effektlidir, yerli mütəxəssislərin böyük marağına səbəb olur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edirlər. Aparılan əməkdaşlığın davamı olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyası Peşə Təhsili İnstitutunun mamalıq və ginekologiya kafedrası tərəfindən 06.06.2016-01.07.2016-cı il tarixlərində mamalıq və ginekologiya ixtisası üzrə ”Mamalıq və ginekologiyanın aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilir. Kursa Respublikanın müxtəlif bölgələrində çalışan mama-ginekoloqlar cəlb olunmuşlar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX