Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.05.2016

    27 may 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

   1. Ə.Əliyev adına ADHTİ-nin 2016/2017-ci il üçün təqvim planı haqqında.

   İxtisaslar üzrə diplomdansonraki təhsil proqramlarının yenilənməsi haqqında aralıq hesabat.

         Məruzəçi prorektor dosent T.H.Eyvazov

    2. Dissertanturada və doktoranturada hazırlıq barədə.

         Məruzəçi elmi katib dosent L.B.Bəxtiyarova

    3. Tədris və tədris-metodik sənədlərin müzakirəsi və təsdiq olunması.

    4. Müxtəlif məsələlər.

   I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi. O qeyd etdi ki,Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2016/2017-ci tədris ili üçün ixtisasartırma kurslarının təqvim planının tərtib olunması işi başa çatmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təsdiq üçün göndərilmişdir. Həmin kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də distant və səyyari təhsil kurslarına təqvim planında xeyli yer verilmişdir. Yeniliklərdən ən başlıcası odur ki, ilk dəfə olaraq təqvim planının tərtib olunmasında modul sistemindən istifadə edilir. Beləki, tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür. Həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kurslara bölünmüşdür. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır. Başqa bir yenilik distant təhsil proqramının pilot layihə şərçivəsində teratiya ixtisası üzrə tətbiq edilməşidir. Artıq bu proqramin həyata keçməsi üçün bütün hazırlıq işləri görülmüş və onun başlanmasına start verilmişdir. Proqrama qoşulmaq üçün təlimat hazırlanmış və institutun rəsmi saytında yerləşdirilmişdir. İnstitutun bütün kafedralarının bu layihəyəyə qoşulması planlaşdırılır.
   Sonra dosent T.H.Eyvazov çıxışını davam etdirib qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilir. Tədris prosesində tətbiq edilmiş bir çox yeniliklərlə yanaşı tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Müasir təbabətdə baş vermiş bir çox yeniliklər, Davamlı Tibb Təhsili konsepsiyasının standartları, hal-hazırda tədrisdə istifadə olunan bir çox meyarlar bu proqramlarda öz əksini tapmalıdır. Bu işlərin təşkili və koordinasiyası üçün institutun rəhbərliyi tərəfindən xüsusi komissiyalar yaradılmışdır. Həmin komissiyalar təsdiq edilmiş iş qrafiki üzrə bu işin aparılması üçün hazırlanmış xüsusi təlimat əsasında fəaliyyət göstərirlər. Komissiyaların sədr və üzvləri bütün kafedraların tədris proqramlarının bu təlimatdakı meyarlara uyğunluğu məsələsini araşdırır, üzə çıxan uyğunsuzluqları kafedra əməkdaşlarının nəzərinə çatdıraraq onların düzəldilməsi üçün vaxt qoyur. Son nəticədə bütün proqramlar göstərilən standartlara cavab verməlidirlər.Artıq bir neçə aydır ki,yoxlamalar davam edir. Hər bir komissiya sədri may ayı üçün növbəti aralıq hesabat hazırlayaraq institut rəhbərliyinə təqdim etmişdir. Sonra dosent T.H.Eyvazov bu aralıq hesabatlardakı məlumatları Elmi Şura üzvlərinin nəzərinə çatdirdı.
   İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2016/2017-ci tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir. Distant təhsilə gəlincə bu təhsil növü dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Onun ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır.Fərəhli haldır ki,təhsilin belə forması ilk dəfə olaraq Ə.Əliyev adına ADHTİ-də reallaşmaq üzrədir. İxtisaslar üzrə diplomdansonraki təhsil proqramlarının yenilənməsi haqqında danışan rektor bir daha qeyd etdi ki, komissiyalar öz işlərində təlimatdakı göstərişləri əsas tutmalıdırlar və aralıq hesabatların da eyni qaydalar əsasında hazırlanmasına fikir verməlidirlər.
   Rektor öz çıxışında institutda tədris və elmi işlərin aparılmasında müasir texnologiyalardan istifadə etməyin zəruriliyi məsələsinə də toxundu. Beləki, bu gündən rektorluq, dekanlıq və kafedralar arasındakı əlaqələr elektron poçt vasitəsilə saxlanılacaqdır. Bu, klinikalarda yerləşən kafedra əməkdaşlarının rəhbərliklə birbaşa əlaqəsini təmin etməklə yanaşı əlavə vaxt itkisinin qarşısını alacaq və işin səmərəliliyini artıracaqdır. Bunun üçün bütün bölmələrə elektron ünvanlar açılmış, internetlə təchizat məsələsinə baxılmışdır.
   II məsələ üzrə institutun elmi katibi dosent L.B.Bəxtiyarova məruzə etdi və qeyd etdi ki, hal-hazırda institutumuzda 41 dissertant və doktrant var. Elmi katib aparılan elmi işlərin istiqamətləri və hal-hazırkı durumu haqqında məlumat verdi. Qeyd olundu ki, ayrı-ayrı kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərində ləngimələrin olması, işin gedişinin plandan geri qalması müşahidə olunur. Belə halların tez aradan götürülməsi üçün kafedralarda işlərin aparılması vacibdir.
   İnstitutun rektoru professor N.A.Qasımov deyilənlərə öz münasibətini bildirərək qeyd etdi ki, elmi-tədqiqat işlərinin plana və qrafikə uyğun aparılmasında həmin işlərin rəhbərləri və kafedra müdirləri bilavasitə məsuliyyət daşıyırlar. Ona görə də həmin işlərlə əlaqədar onların da hesabatlarını dinləmək lazımdır.
   İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX