Anesteziologiya və reanimatologiya ixtisası üzrə beynəlxalq təhsil

30.03.2016

    İnstitumuzda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə Səhiyyə Nazirliyinin sifarişi əsasında ADHTİ ilə Rusiya Federasiyası İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyası Peşə Təhsili İnstitutu arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilə imzalanmış və bu əməkdaşlıq durmadan genişlənir. Bu müqaviləyə əsasən adı çəkilən tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər. Aparılan sorğular göstərir ki, beynəlxalq təhsil kifayət qədər effektlidir, yerli mütəxəssislərin böyük marağına səbəb olur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edirlər. Aparılan əməkdaşlığın davamı olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyası Peşə Təhsili İnstitutunun anesteziologiya və reanimatologiya kafedrası tərəfindən 04.04.2016-30.04.2016-cı il tarixlərində anesteziologiya və reanimatologiya ixtisası üzrə ”Anesteziologiya və reanimatologiyanın aktual məsələləri” mövzusunda ixtisasartırma kursunun keçirilməsi planlaşdırılır.

    Kursu aşağıdakı müəllimlər aparacaqlar:

    Professor Quryanov V.A., professor Vıjiqina M.A., professor Trekova N.A., dosentlər Jukova S.G., Lemenova N.V.
    Ənənəvi olaraq keçirilməsi nəzərdə tutulan ixtisasartırma kursuna 20 yerli həkim-mütəxəssis cəlb olunacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX