Sankt-Peterburq şəhərində beynəlxalq tədris seminarları keçirilmişdir

29.11.2022

Ana və uşaqların sağlamlığı ölkə səhiyyəsinin priopitet məsələlərindəndir. Bu sahədə göstərilən tibbi yardımını müasir standartlara uyğun göstərmək üçün beynəlxalq təhsil təcrübələrinin önəmli rolu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə 13.11.22-27.11.22-ci il tarixində “Неотложные состояния при инфекционных заболеваниях у детей» adlı beynəlxalq tədris seminarlarında iştirak etmək üçün Ə.Əliyev adına ADHTİ, ATU və digər tibb müəssisələrindən 14 nəfər həkim Rusiya Federasiyası Sankt-Peterburq şəhərinə ezam olunmuşdu. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu pediatriya kafedrasının müdiri, professor Rəqsanə Məmmədova, həmin kafedranın dosenti Mətanət Qaraxanova, yoluxucu xəstəliklər kafedrasının assistenti Vasif Əliyev təmsil etmişlər. Seminarda Özbəkistan, Qırğızıstan, Türkmənistan, Belarusiya, Tacıkistan və digər ölkələrdən həkimlər də iştirak edirdilər. Qeyd etmək lazımdır ki, bu seminarların keçirilməsi ölkələr arasında əməkdaşlıq çərçivəsində razılaşma əsasında 10 ildir təşkil olunur və müxtəlif ölkələridə tibbi təhsil sahəsində çalışan müəllim heyətinin və digər tibb işçilərinin uşaqlarda yolxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlərdə tibbi yardımının təşkili və həyata keçirilməsinə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır. Seminarlar Rusiya Federasiyasının Səhiyyə Nazirliyi, Rusiya Federasiyanın Federal Tibbi-bioloji Agentliyi və Uşaq Yolxucu Xəstəliklər üzrə Elmi-Tədqiqat Mərkəzinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilirdi. İki həftə ərzində seminar iştirakçılarına uşaqlar arasında rast gəlinən yoluxucu xəstəliklər, bu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər və onların aradan qaldırılması üçün alqoritm, müalicə prinsipləri və taktikaları barədə geniş müasir məlumatlar təqdim olunmuş, praktiki vərdişlər isə təlim otaqlarında simulyatorlar üzərində öyrədilmişdir. COVİD-19, posvaksinal sindrom və multisistem iltihab xəstəliyi mövzusuna xüsusi diqqət ayrılmışdır. Sonda bütün iştirakçılar üçün təşkil olunan qala-şam yeməyində onlara təntənəli surətdə sertifikatlar təqdim edilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX