Milan şəhərində Avropa QBB və BBC Konfederasiyasının 6-cı konqresi keçirilmişdir

14.11.2022

29 oktyabr-2 noyabr 2022-ci il tarixində İtaliyanın Milan şəhərində Avropa Qulaq, Burun, Boğaz və Baş-boyun Cərrahiyyəsi Konfederasiyasının (CEORLHNS) 6-cı konqresi keçirilmişdir. Konqresin işində müxtəlif ölkələrdən 3000 nəfərə yaxın alim iştirak etmişdir. Azərbaycan otorinolarinqoloqları da 5 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşlar. Ölkəmizi təmsil edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli konqresin elmi işində “Laringeal biomechanics of mugham singing” mövzulu elmi işlə məruzəçi və “Oropharyngeal dysphagia: best practice for assessment and management” mövzulu paneldə moderator olaraq iştirak etmişdir ki, bu da CEORLHNS konqreslərində bir ilk olmuşdur. Eyni zamanda Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti(AOC) İdarə Heyətinin katibi olan əməkdaşımız Konfederasiyanın İdarə Heyəti iclası və Baş Assambleyasında AOC-u təmsil etməklə, otorinolarinqologiya ixtisasının aktual problemləri və gələcək planlar haqqında aparılan müzakirələrdə aktiv iştirak etmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX