“Fetal təbabət və qadın sağlamlığı” mövzusunda telekörpü keçirilmişdir

04.07.2022

Yeni bir həyatın yaranması – bu, həqiqətən sehrli və səbrsizliklə gözlənilən bir hadisədir; lakin bəzi hallarda çox ağır və mürəkkəb keçən və ya hamiləliyin itirilməsi ilə nəticələnən hadisə ilə kölgədə qalmış olur. Eləcə də həyatının xüsusi dövründə (menopozda) zərif cinsin nümayəndələri bəzən özlərinə lazımi diqqət yetirmir və ya mütəxəssisin lazımi köməyi tam həcmdə təmin edilmirlər.
Bir qadının həyatında baş verən bütün bu mühüm hadisələri onlara vaxtında yardım göstərməklə və vəziyyəti düzəltməklə keyfiyyətli şəkildə müşayiət etmək olar. Bu məsələlərin müxtəlif ölkələrdə necə həll edilməsi Ukrayna, Özbəkistan, Tacikistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan və Qazaxıstan mütəxəssislərinin iştirakı ilə keçirilən “Fetal təbabət və qadın sağlamlığı” mövzusunda telekörpüdə müzakirə edilmişdir. Ölkəmizi bu tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri professor Rzaquliyeva Leyla təmsil etmişdir. Telekörpüdə mütəxəssislər arasında kliniki təcrübə mübadiləsi aparılmaqla "Patoloji plasentasiya riskinin azalması", "Hamiləliyin hipertenziv pozğunluqları", "Dölün inkişaf sürətini necə itirməmək olar", "Qeysəriyyə əməliyyatında kritik vəziyyətlərin anestezioloji idarə edilməsi və perioperativ təhlükəsizliyi" və "Nənələri necə cavan saxlamaq olar ki, onlar nəvələrinin qayğısına qalmaq üçün kömək edə bilsinlər" mövzuları ətrafında diskussiyalar keçirilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX