Əməkdaşımız Asiya və Avropa kliniki neyrofizioloqlarının II konqresində təşkilat komitəsinin üzvü və iştirakçı kimi ölkəmizi təmsil etmişdir

12.12.2021

10-11 dekabr 2021-ci il tarixində Kiyev şəhərində onlayn-formatda Asiya və Avropa kliniki neyrofizioloqlarının Rusiya, Belarusiya, Kazaxstan və digər MDB ölkələrindən 200-ə yaxın nevroloq və kliniki neyrofizioloqlarının iştirakı ilə II konqresi keçirilmişdir. Ölkəmizi bu tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri İnstitutunun “Nevrologiya və klinik neyrofiziologiya” kafedrasının müdiri, professor Rəna Şirəliyeva təmsil etmişdir. O, həm təşkilat komitəsinin üzvü olmuş, həm də məruzə ilə məruzə ilə çıxış etmişdir. Professor R.Şirəliyevanın “Dağınıq skleroz və onunla əlaqəli optik nevritlərin diaqnostikasında oyandırılmış görmə potensialları” mövzusunda çıxışını iştirakçılar maraqla dinləmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX