NEKROLOQ

21.11.2021

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Həyatının böyük bir hissəsini Azərbaycan səhiyyə sisteminin təkmilləşdirilməsinə, milli tibbi kadrlarının hazırlanmasına, onların kamil mütəxəssis kimi yetişməsinə həsr edən, Azərbaycan səhiyyəsinin qızıl fondunun canlı nümayəndəsi olan, uzun illər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri işləmiş, əməkdar elm xadimi, professor Ələkpər Allahyar oğlu Əkbərbəyov vəfat etmişdir.
Professor Əkbərbəyov Ə.A. yaxşı müəllim, ixtisasını dərindən bilən, obyektiv, tələbkar, daim öz üzərində çalışan və işinə məsuliyyətlə yanaşan pedaqoqlarımızdan olmuşdur. 1962-ci ildən Ə.A.Əkbərbəyovun iş fəaliyyəti Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. İlk olaraq rentgenologiya kafedrasının assistentliyindən başlayaraq kafedra müdiri vəzifəsinə qədər yuksəlmiş və bu vəzifədə 40 il ərzində çalışmışdır.
O, 1965-ci ildə Leninqrad (Sankt Peterburq) şəhərində SSRİ Milli Elimlər Akademiyasının Onkologiya institutunda namizədlik dissertasıyasını, 1972-ci ildə isə Moskva şəhərində “Diafraqma xəstəlikləri və zədələnməsinin rentgeno semiotikası” adlı doktorluq dissertasıyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
“Diafraqma xəstləlikləri və zədələnməsinin rentgenodiaqnostikası” adlı monoqrafiyası 1973-cü ildə Moskva şəhərində çapdan çıxmış və SSRİ Səhiyyə Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Professor Ə.A. Əkbərbəyov geniş elmi bilikli, çox savadlı həkim, yüksək dərəcəli pedaqoq olmuşdur. Professor 55 ildir rentgenodiaqnostika fənnini tədris edərək yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasında böyük nailiyyətlər əldə etmişdir. O, müdavimlərin yaxşı rentgenoloq kimi hazırlanmasına çox böyük əmək sərf etməklə onlara ixtisasın incəliklərini öyrədərək böyük rentgenoloqlar məktəbi yaratmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan səhiyyə sistemində çalışan həkim-rentgenoloqların hamısı Ələkpər müəllimin tələbələridir.
Dövlətimiz tərəfindən, professor Ə.A.Əkbərbəyovun elmi nailiyyətlərini nəzərə alaraq ona əməkdar elm xadimi kimi fəxri ad verilmişdir.Uzun illər Azərbaycan Rentgenoloqlar Cəmiyyətinin sədri, keçmiş postsovet ölkələrinin rengenoloji və radioloji cəmiyyətlərinin üzvü, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə fakültəsinin dekanı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Elmi Şuranın üzvü kimi fəaliyyət göstərmişdir.
Tanınmış alim, pedaqoq və savadlı həkim Ələkpər Allahyar oğlu Əkbərbəyovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX