“Tibbi genetika və müasir imkanlar” mövzusunda vebinar keçirilmişdir

21.11.2021

Sağlamlıq Strategiyası Təlim Mərkəzi və Diyetologiya Nutrisiologiya Akademiyası tərəfindən həkimlər və təbabətin yenilikləri ilə yaxından maraqlananlar üçün “Tibbi genetika və müasir imkanlar” adlı vebinar təşkil olunmuşdur. Vebinarda təbabətin ən aktual sahələrindən biri olan tibbi genetikanın müasir imkanları, Azərbaycanda rast gəlinən irsi xəstəliklər, onların laborator diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunmuşdur. Eləcə də son zamanlar müasir genetika elminin çox sürətlə inkşaf edən nutrigenetika və nutrigenomika istiqamətləri haqqında dinləyicilərə ətraflı məlumat verilmişdir. Vebinarda həkim-genetik, biologiya elmləri doktoru Elxan Rəsulov və həkim diyetoloq Emil Hidayətli çıxış etmişlər. Vebinarın moderatoru Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki laborator diaqnostika kafedrasının dosenti Könül Kərimova olmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX